Bakıdan olan Faiq Əhməd daha çox konseptual kreativ əsərlərilə, dekorativ əl işlərində ənənəvi stereotipləri qırması ilə tanınır. Onun ən populyar əsərləri Azərbaycan xalçaları ilə bağlıdır.
“Hamshahrionline” xəbər verir ki, rəssamın saytında əsərləri belə təqdim olunur: “Onun əsərləri qədim əl işlərinin yenidən nəzərdən keçirilməsinə və təfsirinə yönəlib. O, vizual ənənələri və stereotipləri parçalayaraq yeni vizual sərhədlər yaradır”.
Faiq Əhməd dünyaca məşhur sənətkardır. Onun konseptual sənət əsərləri Seattle İncəsənət Muzeyi və Los Anceles İncəsənət Muzeyi kimi nüfuzlu muzeylərdə sərgilənir.
Faiq Əhmədin Azərbaycan xalçalarından ilhamlanaraq yaratdığı əsərləri təqdim edirik.
(Fars dilindən tərcümə - WorldMedia.Az)