22.10.2020 18:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| Azərbaycan Prezidenti: “Ermənistanla sülh uzaqdadır”
 
22.10.2020
NIKKEI Asia, Yaponiya
 

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

 
 
Qarabağdakı gərginlik fonunda Bakı sakinləri necə yaşayır?

 
 



RİA Novosti, Rusiya
02.10.2020


Dağlıq Qarabağda döyüşlərin getməsinə baxmayaraq, Azərbaycan paytaxtında dinc həyat davam edirrestoran kafelər çalışır, muzey sərgilər ziyarətçiləri qəbul edir, mağazalar ərzaqla doludur. Burada münaqişədən yalnız hərbi komisarlıqların qarşısındakı növbələr, şəhərin küçələrində bayraqların sayının artması tətbiq edilmiş komendant saatı xəbər verir.

Dinc şəhər

Bakı münaqişə zonasının 300 kilometrliyində yerləşir və döyüşlərin getməsinə baxmayaraq, bütövlükdə şəhərdə dinc həyat öz axarı ilə davam edir. İctimai nəqliyyat adi rejimdə çalışır, metro girişlərində isə sərnişinlərin çantaları yoxlanılır. Lakin bu, əvvəllər də belə olub – təhlükəsizlik baxımından. Hər kəsdən mütləq tibbi maska taxması xahiş olunur – silahlı münaqişənin qızışmasına baxmayaraq, burada koronavirus əleyhinə tədbirləri də unutmurlar. Bu səbəbdən nəqliyyatda və küçələrdə addımbaşı əlləri yumuq və məsafə saxlamaq barədə elanlara rast gəlmək mümkündür. Mağaza və restoranların girişində, eyvanlarda, avtomobillərin şüşələrində Azərbaycan və Türkiyə bayraqlarının sayı gündən-günə artır.

Şəhərin turizm mərkəzində hətta iş vaxtı belə, insanlar çoxdur, restoran və mağazalar adi rejimdə çalışır. Ərzaq mağazalarından birinin inzibatçısı deyir ki, insanlar arasında heç bir təlaş yoxdur, onlar ərzaq ehtiyatı toplamağa tələsmir. “Pandemiyanın əvvəlində çox alırdılar, indi sakitlikdir. Yeganə yenilik odur ki, əvvəllər axşam saat 22:00-dək işləyirdiksə, indi mağazanı saat 20:00-da bağlayırıq. Çünki əməkdaşlarımız komendant saatının başlamasınadək evlərinə çatmalıdırlar”, - deyə o, bildirir.

Artıq saat 20:00-a 10 dəqiqə qalmış alıcılar mağazalara buraxılmır. Burada saat 21:00-dan sonra xüsusi icazə olmadan küçəyə çıxmaq qadağandır. Yerli restoranlardan birinin sahibi RİA “Novosti”yə deyib ki, münaqişəyə görə üzləşdikləri maliyyə itkiləri onları narahat etmir: “Bizə koronavirus möhkəm təsir etmişdi, o zaman ümumiyyətlə işləmirdik. İndisə ümid edirik ki, vəziyyət normalaşacaq”. İnzibatçı hesab edir ki, müharibəni heç kəs arzulamır, lakin ölkəni qorumaq lazımdır. Çağırarlarsa, o özü də münaqişə zonasına getməyə hazırdır: “Bu vəziyyət 30 ildir uzanır, nəticə isə görünmür”.

Hərbi komissarlıqların önündə yolasalma

Qarabağ münaqişəsində budəfəki gərginlikdən sonra ölkədə qismən səfərbərlik elan edilib. Bu, 35 yaşadək əsgərlərə və 50 yaşadək zabitlərə aiddir. Yeri komisarlıqlardan birinin rəsmisi deyir ki, onlar hər gün 250 nəfərə yaxın insanı orduya göndərirlər. “Bəzən daha çox olur. Başqa komisarlıqlarda da eyni vəziyyətdir – resurslardan asılı olaraq”, - deyə o RİA “Novosti”yə bildirib.

Hərbi komissarlıqlara müraciət edənlər arasında könüllülər çoxdur. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, belə insanlar yüzlərlədir. Bakı rayonlarından birinin komisarığı qarşısında yaxınlarını orduya yola salmaq istəyən onlarla insan toplaşıb. Özü də onların çoxu buraya ilk dəfə deyil gəlir. İnsanların sayı çox oduğu üçün yolun hərəkət hissəsini qismən bağlamaq lazım gəlib.

“Biz müharibə istəmirik. Lakin bu, bizim ümumi işimizdir. Bizə başqasının heç nəyi lazım deyil. Mənim oğlumu çağırıblar orduya, qardaşım oğlu da vuruşub. Özüm də tibb bacısıyam, çağırsalar mən də köməyə gedəcəyə”, - deyə paytaxt sakinlərindən biri bildirir.

Oğlunu yola salan digər bir qadın hesab edir ki, 30 ildən çoxdur davam edən münaqişə artıq həll olunmalıdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin artıq dialoq çağırışlarının yersiz olduğu haqda dediklərini dəstəkləyir.

Orduya yollananlara yerli sahibkarlar da kömək edir. Onlar yol üçün ərzaq və su paylayırlar. “İstəyirik əlimizdən gələn köməyi edək. Bu, bizim borcumuzdur”, - deyə sahibkarlardan biri vurğulayır.

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Qarabağdakı təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutduğunu bəyan edib. Məlumata görə, mülki əhali və hərbçilər arasında həlak olanla var.

Ermənistanın Müdafiə Nazirliyi isə bildirir ki, Qarabağ “hava zərbələri və raket hücumuna məruz qalıb”. Yerevanda bildirirlər ki, Bakı Qarabağ istiqamətində “hücuma başlayıb”. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda (dırnaq işarəsi bizə aiddir - WM) da yaşayış məntəqələrinin, o cümlədən Stepanakertin (Xankəndi - WM) artilleriya atəşinə məruz qaldığını söyləyirlər. Buranın yerli “hakimiyyət”i əhalini gizlənməyə çağırıb, hərbi vəziyyət və səfərbərlik elan edib.

Ermənistan da hərbi vəziyyət və ümumi səfərbərlik elan olunub. Ermənistan ədliyyə nazirinin keçmiş müavini, “DQR”in sabiq “ombudsman”ı Ruben Melikyan RİA “Novosti”yə bildirib ki, Ermənistan ilk dəfədir ki, ümumi səfərbərlik elan edir.

Azərbaycan prezidenti isə Bakı ilə yanaşı, bir sıra şəhər və rayonlarda da hərbi vəziyyət və komendant saatı, ölkə üzrə isə qismən səfərbərlik elan edib.

Bir sıra ölkələr, o cümlədən Rusiya və Fransa tərəfləri təmkinli olmağa çağırıb. Dağıq Qarabağda vəziyyətin növbəti gərginləşməsi fonunda Türkiyə Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətnin Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan etməsindən sonra başlayıb. Silahlı qarşıdurma nəticəsində 1992-1994-cü ildə Azərbaycan Dağlıq Qarabağ və yeddi ətraf rayonu üzərində nəzarəti itirib. 1992-ci idən Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarına başlanılıb.

Azərbaycan özünün ərazi bütövlüyünü təmin etməkdə israrıdır. Ermənistan isə tanınmamış respublikanın maraqlarını müdafiə edir. Çünki “DQR” danışıqların tərəfi deyil.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RİA Novosti

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az