25.11.2020 05:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

  Bakı: Dağlıq Qarabağdan məcburi köçkünlərin qayıdış arzuları
 
23.11.2020
Le Monde, Fransa
 

  Qarabağda atəşkəs: Zəngilan-Naxçıvan dəhlizinin reallıqları
 
23.11.2020
IRNA, İran
 

 
 
Putindən xəbərdarlıq: “Ermənistanın razılaşmadan imtinası onun üçün intihar olardı”

 
 



The Guardian, Böyük Britaniya
19.11.2020


Müəllif: Endryu Rot

Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsilə bağlı Moskvanın vasitəçiliyilə əldə edilmiş razılaşmadan imtinası Yerevan üçün intihar olardı. Bunu Rusiya prezienti Vladimir Putin bəyan edib. Məsələ ondadır ki, hazırda Ermənistanda müxalif qüvvələr təxminən bir həftə əvvəl imzalanmış həmin razılaşmaya etiraz edir. Onlar sənədi imzalamış baş nazir Nikol Paşinyanı istefaya çağırırlar.

Vladimir Putin noyabrın 17-də Rusiyanın dövlət televiziyasına müsahibə verib. Jurnalistin “Ermənistanda hakimiyyətə gələcək yeni hökumət bu sazişdən imtina edərsə, necə olacaq?” sualına Putinin cavabı belə olub: “Bu, böyük səhv olardı”.

Ermənistanla Azərbaycan arasında 6 həftə davam etmiş müharibədən sonra imzalanmış sazişə əsasən, Yerevan böyük bir ərazini Bakıya qaytarır. Bu, Yerevanın kapitulasiyası kimi qəbul edilib. Nəticədə Ermənistanda Paşinyan hökumətinə qarşı etirazlar başlayıb. Ermənistan prezidenti ölkədə növbədənkənar parlament seçkisinin keçirilməli olduğunu belə, söyləyib.

Artıq Ermənistanın sazişinin hazırlanmasında adı hallanan xarici işlər naziri də istefa verib.

Ermənistanın xüsusi xidmət orqanları ötən həftə müxalif siyasətçi və müharibə veteranın iştirakı ilə Paşinyana qarşı sui-qəsd planının hazırlandığını, lakin planın qarşısının alındığını bəyan edib.

Rusiyanın dövlət başçısı Vladimir Putin isə hesab edir ki, müharibə vəziyyətində, yaxud yeni döyüşlərin başlaması riski qarşısında olan ölkə özünü belə aparmamalıdır: “Bu, qəbuledilməz və son dərəcə təhlükəlidir”.

Paşinyan isə istefa vermək niyyətində deyil. O, artıq yaranmış böhrandan çıxış yolu ilə bağlı “yol xəritəsi” də irəli sürüb. Baş nazirin fikrincə, bu “yol xəritəsi” ölkədə demokratik sabitliyi təmin edəcək.

15 maddəlik planda müharibədə yaranlanmış şəxslərə yardım, erməni qaçqınların Dağlıq Qarabağa qaytarılması, silahlı qüvvələrin modernləşdirilməsi və s. nəzərdə tutulub.

Lakin əhalinin bir qismi hesab edir ki, hökumət Dağlıq Qarabağ regionunun və onun əhalisinin Azərbaycandan müdafiəsi üçün lazımi addımlar atmayıb.

Bütün baş verənlər fonunda Nikol Paşinyan Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupunu fəaliyyətini bərpa etməyə çağırır. Məsələ ondadır ki, atəşkəs razılaşmasında regionun ən böyüş şəhəri olan Stepanakertin (Xankəndi - WM) və Dağlıq Qarabağın digər ərazilərinin gələcəyinin necə olacağı göstərilmir. Hələlik bölgəyə 5 il müddətinə Rusiya sülhməramlıları yerləşdirilib.

Putinin Paşinyanla münasibətlərinin yaxşı olmadığı heç kəsə sirr deyil. Xatırladaq ki, Paşinyan hakimiyyətə 2018-ci ildə baş vermiş xalq üsyanı nəticəsində gəlib. Bununla yanaşı, rusiyalı lider onların arasında fikir ayrılığının o qədər də dərin olmadığını göstərməyə çalışır. Bununla o, həm də yeni imzalanmış atəşkəs razılaşmasını qorumaq istəyir.

Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinə uzun illərdir Rusiya ilə yanaşı, Fransa ilə ABŞ da cəlb edilib. Son dövrlərdə isə Türkiyənin regional iddialarını artırdığı müşahidə olunur. Bütün bunlara baxmayaraq, son hadisələrdən sonra bölgəyə talnız Rusiya sülhməramlıları yerləşdirilib – təxminən 2 min nəfər. Bu, son onilliklərdə Cənubi Qafqaza göndərilmiş ən böyük sülhməramlı missiyadır.

Beləliklə, Ermənistan 1990-cı illərin əvvəllərində başlamış amansız müharibə nəticəsində tutduğu əraziləri Azərbaycana qaytarır. Artıq on minlərlə etnik erməni Dağlıq Qarabağı və ona bitişik rayonları tərk edib. Hətta bəzi ermənilər bölgəni tərk edən zaman evlərinə od vurur. Region ətrafındakı digər rayonların da Azərbaycana qaytarılmasına hazırlıq gedir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Guardian

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az