17.01.2021 13:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Bir müsəlman ölkəsində dövlət hesabına sinaqoq inşası...”
 
16.01.2021
MUSULMANS EN FRANCE, Fransa
 

  Etiraz zorakılığa çevrilirsə...
 
15.01.2021
JEWISH JOURNAL, ABŞ
 

  Dağlıq Qarabağ müharibəsindən cıxarılan dərslər
 
14.01.2021
Cumhuriyet, Türkiyə
 

  Cənubi Qafqaz üçün sabitlik müqaviləsi
 
13.01.2021
EURACTIV, Aİ
 

  Rusiya, Azərbaycan və Ermənistandan Dağlıq Qarabağda iqtisadiyyatı canlandıracaq birgə bəyanat
 
13.01.2021
HABERTÜRK, Türkiyə
 

 
 
FOTOREPORTAJ| Azərbaycan Prezidenti işğaldan azad olunmuş Qubadlıya səfər edib

 
 



Milliyet, Türkiyə
25.12.2020


Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədə nəticəsində Ermənistanın işğalından azad olunmuş Qubadlı şəhərinə səfər edib.

İlham Əliyevin xanımı Mehriban Əliyevanın “Instaqram” hesabında paylaşdığı kadrlarda dövlət başçısının səfər zamanı avtomobili özünün idarə etdiyi görünür. Kadrlarda prezident yol boyu dağıdılmış yaşayış yerlərini göstərir, ətrafdakı bütün kəndlərin Ermənistan qüvvələri tərəfindən dağıldığını bildirir.

“Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib”, - deyə İlham Əliyev qeyd edir: “Görün biz hansı vəhşi düşmənə üz-üzə idik. Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”.

“Bu görüntülər təzminat davamız üçün dəlil olacaq”

Yol boyu işğaldan azad edilmiş daha bir rayon – Zəngilanın da kəndlərinin dağıdıldığını göstərən İlham Əliyev deyib: “Bəzi evlərdə yaşayıblar. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq”.

Əliyev əsgərlərlə görüşüb

Sosial şəbəklərdə paylaşılmış başqa bir kadrda İlham Əliyevin Qubadlıda əsgərlərlə görüşü yer alır.

“Əsgərlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızı azad etdik. Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçısı görüşdə bildirib.

Kadrlarda əsgərlərin Prezident Əliyevi böyük həvəslə alqışladıqları da görünür.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az