17.01.2021 13:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Bir müsəlman ölkəsində dövlət hesabına sinaqoq inşası...”
 
16.01.2021
MUSULMANS EN FRANCE, Fransa
 

  Etiraz zorakılığa çevrilirsə...
 
15.01.2021
JEWISH JOURNAL, ABŞ
 

  Dağlıq Qarabağ müharibəsindən cıxarılan dərslər
 
14.01.2021
Cumhuriyet, Türkiyə
 

  Cənubi Qafqaz üçün sabitlik müqaviləsi
 
13.01.2021
EURACTIV, Aİ
 

  Qafqazda sülh: Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri
 
13.01.2021
DIPLOMATIC WORLD, Belçika
 

 
 
Rusiya, Azərbaycan və Ermənistandan Dağlıq Qarabağda iqtisadiyyatı canlandıracaq birgə bəyanat

 
 



HABERTÜRK, Türkiyə
13.01.2021


Rusiya, Azərbaycan və Ermənistan Dağlıq Qarabağın erməni işğalı altında olduğu dövrdə bölgə ilə kəsilmiş iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məqsədilə birgə bəyanat imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin birgə bəyanat imzalayıblar. Məqsəd bölgədə iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin həyata keçirilməsidir. Onlar üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun yaradılması haqda da razılığa gəliblər.

Bəyanatda bildirilir ki, işçi qrup ilk iclasını 2021-ci il yanvarın 30-dək keçirməlidir. İclasda görüləcək işlərin əsas istiqamətləri müəyyənləşdirilməlidir. Bu zaman dəmir yolu və avtomobil yollarının çəkilişi prioritetlər arasında olacaq.

Birgə fəaliyyətin digər istiqəmətləri üc dövlət arasında əldə ediləcək razılaşma ilə müəyyənləşəcək.

Layihələrin siyahısı hazırlanacaq

İşçi qrupun həmsədrləri ekspert yarımqruplarının tərkibini təsdiqləməlidir. Bundan sonra yarımqruplar həyata keçiriləcək layihələrin siyahısını müəyyənləşdirməlidir. Bunun üçün bir ay vaxt nəzərdə tutulur.

“İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək”, - deyə birgə bəyanatda bildirilir.

Əliyev, bəyanatı bölgə üçün əhəmiyyətli sayır

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putin ilə keçirdiyi ikitərəfli görüşdə, imzalanmış birgə bəyanatın əhəmiyyətindən söz açıb. “Azərbaycan 30 ildən artıq müddətdən sonra Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə quracaq”, - deyə o, qeyd edib.

Ermənistanın da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı qazanacağını xatırladan Əliyev deyib: “Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az