25.02.2021 23:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar
 
25.02.2021
Fararu, İran
 

  Azərbaycan: Böyük Şərqdə ilk dünyəvi dövlət
 
25.02.2021
Əl-Hərir, Əlcəzair
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ: “Dinc birgəyaşayış mümkündür”
 
24.02.2021
RND, Almaniya
 

  Azərbaycan qazı Avropada balansı dəyişir!
 
24.02.2021
HABERTÜRK, Türkiyə
 

  Ermənistan-Azərbaycan: davamlı sülhün əldə edilməsi imkanları
 
24.02.2021
Newsweek, ABŞ
 

 
 
Prof. Dr. Rəhimov: “Artıq “Bir millət, iki dövlət” anlayışı “Bir millət, bir dövlət” səviyyəsinə qaldırılmalıdır”

 
 



Anadolu Ajansı, Türkiyə
09.02.2021


Müəllif: Gülsüm İncekaya

Prof. Dr. İlham Rəhimov hesab edir ki, Türkiyə ilə Azərbaycana aid “Bir millət, iki dövlət” anlayışı artıq “Bir millət, bir dövlət” səviyyəsinə qaldırılmalıdır. Onun fikrincə, Avropa İttifaqına bənzər təşkilatlanma üçün əvvəlcə Bakı-Ankara ittifaqının yaradılması lazımdır.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri Prof. Dr. İlham Rəhimov hesab edir ki, Türkiyə ilə Azərbaycana aid “Bir millət, iki dövlət” anlayışı artıq “Bir millət, bir dövlət” səviyyəsinə qaldırılmalıdır. Onun fikrincə, Orta Asiyanın türk dövlətlərinin də daxil olacağı, Avropa İttifaqına bənzəyəcək təşkilatın qurulması üçün bu, vacibdir.

Azərbaycanın fəxri elm adamı olan hüquq professoru Rəhimov AA müxbirinə müsahibəsində Türkiyə ilə Azərbaycan arasında iqtisadi, hərbi və siyasi əməkdaşlığın yüksək səviyyədə davam etdiyini xatırladıb, bu münasibətin region ölkələri üçün model ola biləcəyini söyləyib.

Bununla yanaşı, Orta Asiyanın türk respublikalarının Rusiya ilə hərbi, siyasi və iqtisadi əlaqələrinin inkişaf etdiyini yada salan Rəhimov fikrini belə davam etdirib: “Doğrudur, Azərbaycanın da Rusiya ilə münasibətləri çox yaxşıdır. Lakin o, Rusiyanın rəhbərliyi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına üzv deyil”.

İlham Rəhimov deyir ki, Azərbaycanla Türkiyə arasında hərbi, siyasi və iqtisadi əlaqələr son dərəcə sıx olsa da, bu əlaqələri sanki “bir çətir altında” birləşdirəcək formata ehtiyac var. Onun fikrincə, belə bir təşkilatın yaradılacağı təqdirdə, digər türk dövlətlərinə də bu quruma qoşulmaları təklif oluna bilər.

“Türk dövlətlərini özündə birləşdirəcək, Avropa İttifaqı tipində təşkilatın qurulması üçün əvvəlcə Bakı-Ankara ittifaqı yaradılmalıdır”

“Orta Asiyanın türk dövlətlərini özündə birləşdirəcək, Avropa İttifaqı tipində təşkilatın qurulması üçün əvvəlcə Bakı-Ankara ittifaqı yaradılmalıdır”, - deyə Rəhimov qeyd edib: “Beləliklə, ikitərəfli münasibətlər maksimum dərinləşdirilə bilər. Düşünürəm ki, alimlər, siyasətçilər, dövlət adamları gələcəkdə belə bir təşkilatın yaradılması üçün ittifaq modelləri haqda müzakirələrə başlamalıdırlar. Biz “Bir millət, iki dövlət” deyirik. Amma hələ də bu şüarı dəstəkləyən təşkılat, qurum yoxdur. Nəticədə Azərbaycandan fərqli olartaq, Orta Asiyanın türk dövlətləri Rusiya tərəfindən qurulmuş hərbi-siyasi, iqtisadi birliklərdə yer alır”.

Rəhimov xatırladıb ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Türkiyə ilə yaxınlaşması Rusiya tərəfindən heç də xoş qarşılanmamışdı. O, hesab edir ki, Qarabağ zəfərindən sonra bu yaxınlaşmanın əngəllənməsinin mümkün olmadığını hər kəs dərk edib.

Bununla yanaşı, İlham Rəhimov hesab edir ki, Rusiyanın Azərbaycanla yaxınlaşmasına hər zaman Ermənistan problem yaratmağa çalışıb və bu, özünü son Qarabağ müharibəsində də açıq şəkildə göstərib: “Rusiya regiondakı qüvvələr balansını pozaraq Ermənistana yaxınlıqlıq göstərdikdə, Azərbaycan da Türkiyə ilə yaxınlaşıb. Moskva bunu görürdü”.

Rəhimov hesab edir ki, Orta Asiyanın türk respublikaları Dağlıq Qarabağ məsələsində Azərbaycana lazımi dəstəyi verməyib. Səbəb isə Rusiyadır: “Halbuki, Azərbaycana onların mənəvi dəstəyi kifayət idi”.

“Bir millət olduğumuzu bütün dünya öyrəndi”

Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” anlayışının hələ 30 il əvvəl ortaya çıxdığını xatırladan Rəhimov bildirir ki, keçən dövr ərzində yaşananlar bunun həqiqətən də belə olduğunu sübut edib. “Bu, özünü sonuncu dəfə Qarabağ müharibəsində göstərdi”, - deyə o, qeyd edib: “Azərbaycan türkləri ilə Türkiyə türklərinin eyni etnik mənşəyə sahib olub-olmaması Rusiyada uzun müddət müzakirə mövzusu idi. Lakin 30 ildə Türkiyə ilə Azərbaycan arasında baş verənələr bu iki xalqın tək millət olduğunu ortaya qoyub. Biz buna onsuz da əmin idik. İndi onlar da əmin oldu”.

İlham Rəhimov hesab edir ki, türkiyənin Qarabağ müharibəsində Azərbaycana hərbi-siyasi və mənəvi dəstəyi bir yandan Rusiyada narahatlıq yaratsa da, digər tərəfdən onlar bu iki xalqın tək millət olduğunu qəbul etməli olub: “Ermənilər bunu əvvəldə də bilirdilər. Nəhayət, Avropa ölkələri və bütünlükdə dünya bizim bir millət olduğumuzu öyrəndi”.

Rəhimov düşünür ki, Azərbaycanla Türkiyə arasında enerji dəhlizləri, nəqliyyat və hərbi sahələrdəki əməkdaşlıq digər türk respublikaları və region ölkələri üçün nümunə olmalıdır: “Bir sözlə, Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” anlayışı artıq “Bir millət, bir dövlət” səviyyəsinə qaldırılmalıdır. Bunun gələcək üçün zəruri olduğunu düşünürəm. Çünki gələcəkdə bizi nələrin gözlədiyini, şimal qonşumuzla münasibətlərin gələcəyinin necə olacağını bilmirik”.

Rəhimov fikrini belə davam etdirib: “Hazırda Rusiya-Türkiyə münasibətləri çox yaxşıdır. Amma bunun 20-30 il sonra necə olacağını deyə bilmərik. Odur ki, “Azərbaycan türkləri yalnız deyil!” mesajı indidən verilməlidir. Son 30 ildə yaşananları nəzərə alsaq, bəlkə də qarşıdakı 30 ildə bu yol bizi “Bir millət, bir dövlət” modelinə aparacaq. Bu həm düşmənlərimiz, həm qonşularımız, həm də dostlarımızla münasibətlər baxəməndan vacibdir. Bu, Azərbaycanın gələcəyi üçün lazımdır. İnanıram ki, gec-tez bu, baş verəcək”.

“Türkiyə-Rusiya münasibətlərinin 100 yaşı var”

Rəhimov onu da bildirib ki, Türkiyə-Rusiya yaxınlaşması bu günün işi deyil. O, bu ilin martında iki dövlət arasındakı münasibətlərin 100 yaşının tamam olacağını söylətib. Məsələ ondadır ki, Türkiyə ilə Sovet Rusiyası arasında ilk razılaşma hələ 1921-ci ildə imzalanıb. Türkiyə Cümhuriyyətini tanımış ilk dövlət də Rusiya olub.

İlham Rəhimovun fikrincə, Ankra-Moskva münasibətləri prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin dövründə özünün zirvəsinə çatıb: “Putin Türkiyəyə rəsmi səfər etmiş ilk Rusiya rəhbəridir. Bu, iki ölkə arasında yeni səhifənin açıldığını göstərirdi. Məhz bu üzdən, son illərdə baş vermis bəzi təxribatlara baxmayaraq, onlar problemləri dəf edə biliblər”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az