21.06.2021 22:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Şuşa Bəyannaməsi tarixi sənəddir”
 
21.06.2021
Anadolu Ajansı, Türkiyə
 

  Yeni Zəngəzur dəhlizi regional inkişaf üçün imkanlar açacaq
 
21.06.2021
Eurasia Review, ABŞ
 

  Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyi
 
21.06.2021
Turquie News, Fransa
 

  FOTO| Türkiyə Ermənistanı dəhlizə salır
 
19.06.2021
Kommersant, Rusiya
 

  Qarabağdan, Şuşadan verilən əsas mesaj nə idi?
 
19.06.2021
HABERTÜRK, Türkiyə
 

 
 
Azərbaycanla dünya yəhudiləri arasında sarsılmaz həmrəylik

 
 



JEWISH JOURNAL, ABŞ
10.06.2021


Müəllif: Dürdanə Ağayeva

Nyu-Yorkdan London, Təl-Əviv və Los-Ancelesə qədər yaşayan yəhudi bacı və qardaşlarımızın yaşadıqları stres, narahatlıq qəlbimi ağrıdır. Bu şəhərlərə bir neçə dəfə səfər etmişəm. Səfərlərim Nessa sinaqoqu, Sinay məbədi, AJC, Simon Vizental Mərkəzi kimi müxtəlif təşkilatlar tərəfindən təşkil edilmişdi. Bu səfərlər zamanı, o cümlədən Xocalı qətliamınından sağ çıxmış digər azərbaycanlılara böyük ehtiram görmüşəm...

Bir çox yəhudi icması, xüsusilə Los-Ancelesin yəhudi icması ilə dostluq münasibətlərim var. Yəhudilərin bu şəhərdə bir müddət əvvəl hücuma məruz qalması məni çox narahat edir. Hətta özümü təhqid olunmuş hiss edirəm. Los-Ancelesdə yəhudilər sözün əsl mənasında antisemit qrupların hücumuna məruz qalıblar. Bu, mənə yəhudilərə başqa zamanlarda, başqa məkanlarda edilmiş hücumları da xatırladır.

İsrailin və yəhudi xalqının tarix boyu üzləşdiyi, günümüzdə də narahatlıq yaradan böyük təzyiqləri, təhdidləri yaxşı başa düşürəm. Regionumuzda və ondan kənardakı ölkələrdən fərqli olaraq, Azərbaycanda yəhudi təcrübəsi hər zaman müsbət olub. Bu zaman onların dağ yəhudilərinə aid olub-olmaması fərq etməyib. Qeyd edək ki, dağ yəhudiləri ölkəmizdə 2000 ildir ki, yaşayır. Onlar Azərbaycanda yaşayan 30 min yəhudinin böyük hissəsini təşkil edir. Bundan başqa, ölkəmiz hər zaman Avropada ən böyük vəhşiliklərdən – talanlar və Holokostdan canını qurtarmış yəhudilər üçün sığınacaq olub. Azərbaycan Hitler tərəfindən həyata keçirilmiş soyqırımdan canını qurtarmış 10 min yəhudiyə də sığınacaq vermişdi. Üstəlik, 400 mindən çox azərbaycanlı qadın və kişi nasist Almaniyasına qarşı mübarizədə həyatını qurban verib. Hər bir azərbaycanlı şagird bu tarixi öyrənir və bundan qürur duyur.

2016-cı ildə Azərbaycanda Simon Vizental Mərkəzinin təşkilatçılığı ilə “Xalq, Kitab, Torpaq: yəhudi xalqının Müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” adlı sərgi keçirilmişdi. Azərbaycan bu sərgiyə ev sahibliyi etmiş yeganə müsəlman dövlətidir. Həqiqətən də biz İsrailə və yəhudi xalqına dəstək anlamında unikal xalqıq. Ümumiyyətlə, Azərbaycan xalqı hər zaman qərəzli yanaşmaya qarşı olub. Tarix, sadə dəyərlər xalqımız üçün çətin məsələlərinin həllini sadələşdirib.

Azərbaycanda bu gün də yəhudi icması çox fəaldır. Onlar ölkə parlamentində, məhkəmə sistemində, hökumətdə müxtəlif vəzifələrdə çalışırlar. Üstəlik, sənaye, elm, mədəniyyət və digər sahələrdə yəhudilərə də digər Azərbaycan vətəndaşları kimi ehtiram göstərilir.

Bəzən sosial şəbəkələrdə İsrail və yəhudi xalqı haqda nifrətlə dolu yalan məlumatlar yayılır. Bu, məni narahat edir. Acınacaqlı haldır ki, bizim regionumuzda da bəzi ölkələr İsraili və yəhudiləri mənfi obraz kimi göstərir. Əhalisinin 95%-i müsəlman olan Azərbaycanın isə İsraillə sarsılmaz əlaqələri var. İki ölkə arasında müttəfiqlik gündən-günə güclənir və çiçəklənir. Amma biz özümüz Ermənistan, İran və Rusiyanın da yer aldığı regionda müxtəlif problemlərlə, qərəzli yanaşmalarla üzləşirik.

Məsələn, Ermənistan təxminən 30 il ərzində Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayıb. Beynəlxalq birlik bütün bu dövrdə sadəcə, işğal faktını pisləməklə kifayətlənibsə, İsrail Azərbaycana misli görünməmiş dəstək göstərib. Yeri gəlmişkən, Ermənistan məhz bu faktı bəhanə edərək, yenidən antisemit yanaşmaya dönüb. Ermənilər arasında antisemitizmin uzun tarixə malik olduğunu vurğulamaq yerinə düşər.

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi HƏMAS-ın İsrailə hücumundan bir neçə ay əvvəl İsrailin Los-Ancelesdəki konsulluğu qarşısında etiraz aksiyaları təşkil edir, orada antisemit şüarlar səsləndirilirdi. Ermənistanın baş naziri isə açıq şəkildə İsrailin “şər qüvvələrə qoşulduğunu” deyirdi... Elə bu cür radikal erməni qrupları ABŞ-da 80 il əvvəl Hitleri və Holokostu açıq şəkildə dəstəkləyənlərdən idi. Onlar “irqi təmizlik” və nasist ideologiyasına rəğbət bəsləyənlərdən idilər...

Bu da son deyil. Ermənistan paytaxtı Yerevanda cəmi bir neçə il əvvəl bədnam ad qazanmış şəxsə böyük abidə ucaldılıb. Söhbət bu ölkədə milli qəhrəman hesab edilən Qaregin Njdedən gedir. Njde nasistlərə yardım etməsi, bədnam ad qazanmış Ermənistan legionunda çalışması ilə tanınıb.

Bundan başqa, Yerevanda yerləşən Holokost memorialı antisemit qrafitilərdən istifadə edilməklə, dəfələrlə vandalizmə məruz qalıb. Bu gün isə ABŞ-da fəaliyyət göstərən müxtəlif erməni qrupları Los-Ancelesdə və digər şəhərlərdə anti-İsrail aksiyaları təşkil edirlər.

Lakin sosial şəbəkələrdəki mənfi çağırışlara rəğmən, İsrail və yəhudi xalqının dostları bu gün də onların yanındadırlar. Bizim həmrəylimiz həm antisemitizmin mənfiliklərini düzgün dərk etməmizə, həm də bölüşdüyümüz ümumi dəyərlərə – sevgiyə, həyat eşqinə, bütün dünyada sülhə inama əsaslanır.

Mən bu ağılsızlığın öhdəsindən gələcəyimizə inanıram. Doğrudur, bəzən bu bəlanın bütün dünyanı bürüdüyü, odur ki, onun öhdəsindən gəlməyin mümkün olmadığı düşünülür. Dünyanın kiçik bir parçası olan Azərbaycanda isə yəhudi icması hər zaman insanların qəlbində, arzularımızda, sinaqoqlarımızda və məscidlərimizdədir. Sizin dözümlü olmağınız və müdafiəniz üçün dualar edirik.

Bir sözlə, həyata, inkişafa, sülhə sadiq olan insanlar bu çətin dönəmdə bir-birinin yanında dayanmalıdır. Doğma evim Bakıdan dünyanı aşaraq Los-Ancelesdə və ondan kənarda yaşayan dostlarımın yanında yer ala bilmədiyimdən təəssüflənirəm. Baş verənlərdən kədərləndiyimi onlara çatdırmaq, dəstəyimi ifadə etmək istərdim. Siz tək deyilsiniz...

Dünyadakı çox sayda digər insanlar kimi, azərbaycanlılar da bu hadisələri izləyir və dua edir Biz əsrlər boyu bölüşdüyümüz və günümüzdə daha böyük əhəmiyyət kəsb edən dəyərlərimiz uğrunda mübarizə aparacağıq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az