24.07.2021 02:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

 
 
VİDEO| “TRT Spor” heyətinin Bakı təəssüratları

 
 



TRT SPOR, Türkiyə
16.06.2021


Türkiyə qardaş ölkə Azərbaycanda keçiriləcək hər iki oyunda qalib gəlməklə, Avropa çempionatında yoluna davam etmək istəyir. İndi sizi Bakıya aparacağıq...

Bəli, artıq Bakıdayıq. Artıq Xəzər sahillərindəyik. Bakı Olimpiya Stadionu ilə birlikdə ümidlərimizi yenidən canlandırmaq istəyirik. Mühüm bir matçı – Uels ilə oyunu gözləyirik. Azərbaycanlı dostlarımızla, qardaşlarımızla birlikdə həyəcanlı şəkildə Uelslə oyunu gözləyirik.

Küçələrə çıxdıq, azərbaycalı dostlarımızdan, qardaşlarımızdan milli komandamızla bağlı gözəl sözlər eşitdik.

Yayın ən gözəl təamlarından biri təbii ki, dondurmadır. Haradayıq? Bakıdayıq. Avropa çempionatı həyəcanını yaşayırıq və Bakıda bir Kahramanmaraş ləzzəti! Maraş dondurması! Gördüyünüz kimi, usta işləyir: “Türkiyəyə müvəffəqiyyətlər arzu edirəm. İnşallah qələbə qazanar. Qazanacaq da inşallah”.

Azərbaycanlı tərəfdar: “Çox gözəl bir şəkildə qrupdan çıxacağıq. Uelsə qalib gələrək, 3 xal qazanmaq istəyirik”.

Daha bir azərbaycanlı tərəfdar: “Bütün qəlbimizlə Türkiyənin yanındayıq. İnşallah qazanarıq”.

Azərbaycan xalqının, insanların, azarkeşlərin, dostlarımızın fikirləri belədir. Bakı Avropa çempionatı ab-havası yaşayır. Burada 3 qrup oyunu və bir də ¼ final qarşılaşması keçiriləcək. Bakı üçün onlar da çox dəyərlidir. Amma daha əhəmiyyətlisi milli komandamızın burada Uels və İsveçrə ilə qarşılaşmalardan yaxşı nəticə ilə ayrılaraq, sonrakı mərhələyə gedə bilməsidir. Bəli, Bakı Avropa çempionatını milli komandamızla birlikdə fərqli yaşayır.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT SPOR

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az