24.07.2021 01:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

 
 
FOTO| Pəriqala: Azərbaycanda əlçatmaz və sirli “Pərilər qəsri”

 
 



MegaCurioso, Braziliya
05.07.2021


Müəllif: Evandro Voltolini

Biz ev axtararkən əsas diqqət yetirdiyimiz məqamlar onun yerləşdiyi məkan və rahatlığı olur. Demək, Azərbaycanda yerləşən Pəriqala qəsri yaşayış üçün heç də ən uyğun yerlərdən deyil. Bunu anlamaq üçün tikilinin fasadına baxmaq kifayətdir.

Pəriqala “Pərilər qəsri” deməkdir. Amma bu əfsanəvi abidənin adının mənasından əvvəl onu qeyd etmək lazımdır ki, Qafqazdakı bu əfsanəvi məkan turistlər tərəfindən demək olar ki, tanınmır. Bunun birinci səbəbi qalanın yerləşdiyi məkandır. Abidə ölkənin şimal-qərbindəki Zaqatala bölgəsinə aid bir kənddədir. Zaqatala ölkənin turizm baxımdan ən çox ziyarət olunan ərazilərindən olsa da, Pəriqalaya qalxmaq asan deyil...

Pərilər yaşamır, onlar gizlənirlər

Yəqin sizin də elə bir qohumunuz və ya tanışınız var ki, haqqında “o, sanki bu dünyada yaşamır, hamıdan gizlənir” ifadəsini tez-tez işlədirlər. Bunu pərilər kimi, hamıdan uzaq, tənha yaşamağı sevən insanlar haqda deyirlər.

Pəriqala Qafqaz sıra dağlarında 300 metrdən artıq hündürlükdə, qayalıq ərazidə yerləşir. Qalaya qalxmaq üçün bir zamanlar dar pilləkən var imiş. Lakin zamanla o da dağılıb. Bu gün qalanın yerləşdiyi dağın özünə də qalxmaq çox çətindir. Odur ki, bu işin öhdəsindən yalnız təcrübəli alpinistlər gələ bilər.

Bəli, regionun ən əlçatmaz nöqtələrindən birinə kim cürət edib gedə bilər? Elə bu səbəbdəndir ki, Pəriqalanın interyeri haqda heç kimin məlumatı yoxdur. Yalnız o məlumdur ki, qəsrdə 3 yataq otağı və daha 2 əlavə otaq var.

Görəsən, onu “Airbnb” vasitəsi ilə kirayə etmək olarmı?

Qalanı kim inşa edib?

Pəriqala çox tədqiq olunmadığından, kim tərəfindən inşa olunduğu belə, bilinmir. Amma bu haqda bir neçə maraqlı rəvayət var.

Deyilənə görə, monqol istilaları zamanı bu regionun şahzadə xanımı işğalçı sərkərdələrdən birinin xoşuna gəlib. Sərkərdə onu hərəmxanasına aparılmaq fikrinə düşüb. Şahzadənin adı Pəri imiş. Monqol sərkərdəyə ərə getmək istəməyən qız atasının təbəələrindən qayaların içərisində onun gizlənə biləcəyi qəsr inşa etmələrini istəyib. Pəri məhz bu qalada gizlənibmiş. Rəvayətə görə, monqol sərkərdə buna baxmayaraq, qızı tapa bilim və nəticədə Pəri özünü qaladan ataraq intihar edib.

Digər versiyaya görə isə “Pərilər qəsri” budda rahibləri üçün inşa edilibmiş.

Məlumdur ki, Pəriqala eramızdan əvvəl 4-cü əsrdən eramızın 8-ci əsrinədək mövcud olmuş qədim Albaniya dövrünə aiddir.

Pəriqalaya çıxıb onunla yaxından tanış olmağa cəsarətiniz çatarmı?

(Portuqal dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MegaCurioso

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az