24.07.2021 01:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

 
 
VİDEO| Dağlıq Qarabağ müharibəsindən qalmış minalar ən azı 100 nəfərin həyatına son qoyub

 
 



Əl-Cəzirə, Qətər
06.07.2021


Müəllif: Rəsul Sərdar

Hər addımda risk. Bura dünyada ən çox minanın basdırıldığı region, bəziləri üçün isə evdir.

Əsli Mahmudova (mina qurbanının anası): “Oğlum Ermənistanın işğalından azad edilmiş əraziləri görmək üçün getdi və bir daha geri qayıtmadı. Yeznəsi bizə zəng edib oğlumun minaya düşərək ciddi yaralandığını demişdi. Həmin gecə çox uzun idi. Səhər o, həyatını itirdi. 2 uşağı və gənc həyat yoldaşı var idi”.

Bəxtiyar Mahmudov Dağlıq Qarabağdakı son müharibədən sonra minaya düşərək həyatını itirmiş 100-dən çox mülki şəxsdən yalnız biridir. Ermənistan əsgərləri son 30 ildə Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu minalayıblar. Onlar buraya minaları hələ 1994-cü ildəki müharibə nəticəsində əraziləri ələ keçirdikdən sonra basdırıblar. Bu gün bu ərazilər dünyadada ən çox mina insidentinin baş verdiyi bölgədir.

Xalid Tahirov (fermer): “Artıq 2 aydır ki, bu evdə yaşayıram. Amma övladlarımı buraya gətirə bilmirəm. Çünki ətraf ərazilər minalanıb. Uşaqlar təhlükəni başa düşmürlər. Burada böyük su mənbələri var. Bu üzdən, bu ərazilər çox məhsuldardır. Lakin minalar üzündən nə heyvan saxlaya, nə də əkin-biçinlə məşğul ola bilirəm”.

Azərbaycan hökumətindən bildirirlər ki, Ermənistan minaların basdırıldığı əraziləri göstərən xəritələri Bakıya təhvil vermək istəmir. Nəticədə mina təmizləyənlər ciddi riskə getməli olurlar.

Cəmaləddin Əliyev (minatəmizləmə üzrə mütəxəssis): “Minatəmizləmə prosesi çox çətin, narahatedici və stresli işdir. Hər an ehtiyatlı olmalısan. Hər saniyə minaya düşə bilərsən. Bilirik ki, hər siqnal ərazidə mina olduğunu bildirir. Xüsusilə isti havada mina təmizləyən zaman səbirsiz və əsəbi oluruq. Çünki bizim istifadə etməli olduğumuz qoruyucu geyimlər sanki insanı boğur”.

Minaları zərərsizləşdirmək üçün onları məsafədən partladırlar. Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının imzalanmasından 8 ay ötür. Dağlıq Qarabağda 6 həftə davam etmiş müharibə məhz bu razılaşma ilə sona çatıb. Amma minalar bu gün də ən böyük problem olaraq qalır.

Rəsul Sərdar (Ağdam, Azərbaycan): “Tərəflər arasında ilk razılaşma nəticəsində Ermənistan Azərbaycana 15 erməni hərbi əsirin əvəzində Ağdam rayonunun mina xəritəsini təqdim edib. Söhbət təxminən 100 min minadan gedir. Lakin digər rayonların mina xəritələri hələ də təqdim olunmayıb”.

Bu gün iki ölkə arasında sərhəd mübahisəsi davam edir. Bu, atəşkəsin nə qədər kövrək olduğunu göstərir...

İnsanlar isə problemin həll olunacağını gözləyirlər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az