24.07.2021 01:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

  FOTO| Bakı: qədimiliklə müasirliyin qovuşduğu şəhər
 
14.07.2021
Hürriyet, Türkiyə
 

 
 
Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır

 
 



Algornalgy, Misir
19.07.2021


Müəllif: Behcət əl-Vəkil

Azərbaycanın Ağdam rayonunda mövcud olan tarixi memarlıq abidələri, yaşayış məskənləri, türbələr və s. müxtəlif tarixi dövrlərə aid nadir nümunələrdir. Ağdam rayonu icra nümayəndəsi deyir ki, dövrümüzə qədər gəlib çatmış bu yaşayış məskənlərinin bəzilərinin tarixi eneolit dövrünə gedib çıxır.

Azərbaycan baş nazirinin 2001-ci il 2 avqust tarixli, 132 saylı qərarı ilə bu abidələr yerli və dünya əhəmiyyətli abidələr kimi sistemləşdirilərək, siyahıya alınıb. Azərbaycanda arzular şəhəri olan Ağdam işğaldan azad edildikdən sonra o, yenidən qurulur. İndi şəhər xarici investisiyaları da cəlb etməyə hazırlaşır.

Nümayəndə deyir ki, Ağdam rayonu 1930-cu ildə yaradılıb. 21 450 hektarlıq ərazini əhatə edən Ağdam Azərbaycanın mühüm rayonlarından biri hesab edilir. O, Qarabağın dağlıq hissəsi ilə düzən hissəsini birləşdirir. Sahəsi 1150 kvadrat kilometrdir. Ağdam 65 yaşayış məskənindən ibarətdir. 27 il işğal altında qalmış rayon 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam etmiş müharibə nəticəsində azad edilib.

Ağdamda aparılmış araşdırılmalar nəticəsində sübut edilib ki, burada ibtidai insan miladdan 4000-6000 il öncə məskunlaşıbmış. 

Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə yeni Ağdam şəhərinin təməlqoyma mərasimində iştirak edib. Bu zaman o, 190 hektarlıq ərazidə ən böyük sənaye zonasının təməlini qoyub.

İndi Azərbaycan bu bölgədə ağıllı kəndlər, meşə və parklar, islam abidələri muzeyi ilə yanaşı, dəmir yolu tikintisi, Ağdam şəhərini başqa rayonlarla bağlamaq üçün beynəlxalq hava limanı inşası üçün xarici investisiyaların cəlbinə çalışır.

Ağdam şəhərində minlərlə mənzil, eləcə də mədəniyyət mərkəzləri olub. İşğaladək şəhərdə 450 mindən çox insan yaşayıb. Bundan başqa, Ağdam ticarət mərkəzi sayılıb. Lakin işğal nəticəsində burada bütün evlər, mədəniyyət mərkəzləri dağıdılıb, əhali ev-eşiyindən qovulub. İşğal dövründə buradakı məscidlərdə heyvanlar saxlayırlarmış. Xüsusilə 1868 ci və 1872-ci illər arasında tikilmiş Ağdam məscidi heyvan peyni ilə az qala dolubmuş.

İndi Cümə məscidi adlandırılan bu məsciddə sünnilərlə şiələr bir yerdə namaz qılır. Ümumiyyətlə, Azərbaycan bu mənada yeganə müsəlman ölkəsidir. Burada bu iki məzhəb nümayəndələri heç bir ayrı-seçkilik, təəssübkeşlik hiss etmədən, bir yerdə namaz qılırlar.

Ağdamın başçısı bildirir ki, şəhər investisiya perspektivlərinin açılması baxımından Azərbaycanın həyatında dönüş nöqtəsinə çevriləcək. Ağdam son dərəcə inkişaf edərək, xarici investisiyalar cəlb edəcək, dünya bazarlarına çıxacaq mühüm şəhərə çevriləcək.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Algornalgy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az