24.07.2021 01:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

  FOTO| Bakı: qədimiliklə müasirliyin qovuşduğu şəhər
 
14.07.2021
Hürriyet, Türkiyə
 

 
 
Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?

 
 



Əl-Arabi əl-yaum, Misir
21.07.2021


 Müəllif: Əymən Amir

Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qrup hərbçisi azad edilmiş Qarabağ regionunun Şuşa şəhərinə hücum planlarını açıqlayıblar. 30 ildən çox işğal altında qalmış bu ərazilər 44 günlük müharibə nəticəsində azad edilib. Hərbçilər bu plan haqda Misir də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin Qarabağ regionuna və Şuşa dağlarındakı səngərlərə media turu zamanı danışıblar.

Azərbaycan xüsusi təyinatlı qüvvələrinin zabiti Hüseyn Həsənov deyir ki, bu fədai əməliyyatı şaxtalı havada keçirilib. Dəniz səviyyəsindən təxminən 3 min metr yüksəklikdə yerləşən Şuşa dağları həmin vaxt qarla örtülübmüş. Üstəlik, dağları bürümüş ciddi duman işğalçı qüvvələrin keçilməz istehkamlarını, dislokasiya yerlərini görməyi çətinləşdiribmiş.

Həsənov bildirir ki, plana əsasən, xüsusi təyinatlılar dağlardakı meşəliklərdən gizli keçmək üçün əvvəlcə yaşıl geyimdə olublar. Şuşa dağlarının ətəyində kəşfiyyat qüvvələri iki mövqe müəyyən etdkdən sonra komandoslar ağ geyim geyiblər. Onlar üzlərini də ağ rəngə boyayib, ağ rəngli silahlarla silahlanıblarmış. Bu, onları qarlı ərazidə görünməz edirmiş. Beləcə, Azərbaycan hərbçiləri gizli şəkildə işğalçı qüvvələrin istehkam qurduqları dağlara qalxmağa başlayıblar. Bu zaman dağlar sıx dumana bürünübmüş.

Daha bir zabit Sərxan Əliyev deyir ki, onlar dəniz səviyyəsindən 3 min metr yüksəkdə olan, sıx qarla örtülmüş, üstəlik, dumana bürünmüş dağa uğurla qalxa biliblər. Bu zaman xüsusi təyinatlılar işğalçı qüvvələri mühasirəyə almaq üçün iki istiqamətdən hərəkət edirmiş. Onlar qısa vaxtda işğalçı qüvvələrin istehkamları və tanklarının arxasında mövqelənirlər. İlk olaraq azərbaycanlı snayperlər tankların üzərində və istehkamlarda olan əsgər və zabitləri hədəfə alır. Daha sonra tankların içərisinə qumbaralar atılır, sonda isə miqyaslı atəşə başlanılır.

Bu zaman işğalçı qüvvələr çaş-baş qalıblarmış. Mənbəyi məlum olmayan atəş nəticəsində onların arasında təşviş yaranır və nəticədə işğalçı qüvvələr bir-birinə belə, atəş açmağa başlayırlar. Bununla da Qarabağ regionunda ən yüksək, keçilməz istehkam olan Şuşa azad olunur. Məhz bundan sonra Qarabağın digər rayonları ard-arda Azərbaycana qaytarılır.

Döyüşlər zamanı yaralanmış hərbçilərdən olan Məhərrəm Məhərrəmov deyir ki, onlar düşmən qüvvələrinə təminatın qarşısını kəsmək üçün Kəlbəcər rayonundan keçən yolu da nəzarətə götürüblərmiş. Savaş zamanı hər bir Azərbaycan əsgəri döyüşkənlik ruhu, şücaət göstərirmiş: qalib gəlmək, ya da şəhid olmaq!

Müharibədə yaralanmış daha bir hədbçi Cəbrayıl bildirir ki, onlar 3 gün ərzində dağlarda, meşələrdə gizlənərkən ac qalıblar. Bu zanan əsgərlər yalnız ot və meşə meyvələri yeyirmiş. Amma bu, onları qorxutmurmuş – hər bir hərbçi vətən torpağını azad etmək üçün vətənpərvərlik ruhu ilə silahlanıbmış.

Cəbrayıl deyir ki, o, vətən torpağı üzərində milli suverenliyin bərpasında iştirak etdiyi üçün fəxr edir. O, Azərbaycan xalqının müstəqillik və sülh şəraitində, ləyaqətli şəkildə yaşaması üçün şəhid olmuş hərbçilərin ruhuna rəhmət diləyir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin sözlərinə görə, 44 gün davam etmiş son müharibənin həlledici məqamı bölgənin qəlbi, Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi olan, mühüm geostrateji mövqeyə malik Şuşa şəhərinin azad edilməsidir. Bu şəhərə nəzarət edən tərəf bütün ətrafa nəzarət edir.

Azərbaycanla Ermənistan arasında son müharibə keçən ilin sentyabrında başlayıb və 44 gün davam edib. Savaş Rusiyanın vasitəçiliyi ilə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında atəşkəs bəyannaməsinin imzalaması ilə bitib. Sənədin imzalanması Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə baş tutub. Razılaşmaya görə, atəşkəs elan edilnəsi ilə yanaşı, Azərbaycan erməni işğalında olan digər rayonlarını növbə ilə geri alıb.

Elə həmin üçtərəfli razılaşmanın nəticəsi olaraq, Ermənistan bu yaxınlarda 3 rayon – Ağdam, Füzuli və Zıngilanın minalanmış ərazilərinin xəritələrini də Azərbaycana təhvil verib. Azərbaycan bunun qarşılığında erməni əsirləri azad edib.

Digər rayonların da mina əritələrinin təqdim edilməsi üçün danışıqların davam etdiriləcəyi deyilir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Arabi əl-yaum

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az