27.09.2021 05:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Şairlər şəhəri Şamaxı, Azərbaycan
 
24.09.2021
BRASÍLIA IN FOCO, Braziliya
 

  MÜSAHİBƏ| “Biz 44 gün ərzində yalnız irəli getdik!”
 
24.09.2021
Nasionalaya oborona, Rusiya
 

  Cənubi Qafqazın Parisi, Qarabağın incisi: Şuşa
 
22.09.2021
Daily Parliament Times, Pakistan
 

  FOTOREPORTAJ| Bakı müasir memarlığın mayakına necə çevrilib?
 
20.09.2021
BBC, Böyük Britaniya
 

  Ermənistan-Azərbaycan münaqişəsinin tarixi
 
19.09.2021
Expreso, Peru
 

 
 
Azərbaycan fransalı turistlər üçün sərhədlərini açır

 
 



TourMag, Fransa
10.09.2021


On səkkiz aylıq fasilədən sonra Azərbaycan Fransa vətəndaşlarına vizaların verilməsini bərpa edib. Artıq o, 38 ölkədən turistləri qəbul etməyə hazırdır.

Sentyabrın 6-dan etibarən vaksin olunmuş fransalı səyahətçilər Azərbaycana karantində qalmadan səfər edə bilərlər. Ölkə rəhbərliyi onlara “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların verilməsini bərpa edib.

Azərbaycanın Nazirlər Kabinetinin qərarına əsasən, bu il sentyabrın 6-dan etibarən daha 12 ölkə, o cümlədən Fransa ilə hava əlaqəsi bərpa olunur. Beləliklə, həmin ölkələrin vətəndaşları yenidən “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər. İndi bu, ümumilikdə 38 ölkəni əhatə edir: Almaniya, Səudiyyə Ərəbistanı, Avstriya, Bəhreyn, Belçika, Kanada, Çin, Xorvatiya, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malayziya, Malta, Niderland, Polşa, Portuqaliya, Qətər, Çexiya, Böyük Britaniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, İsveç və İsveçrə.

Sadalanan ölkələrdən olan turistlər, həmçinin Azərbaycana iş üçün getmək istəyənlər artıq oraya daxil olmaq üçün artıq Nazirlə Kabinetindən xüsusi rəsmi icazə almalı olmayacaqlar. Doğrudur, ölkənin quru sərhədləri hələ də bağlıdır. Lakin sadalanan ölkələrdən Azərbaycana uçanlar aeroportda karantinə alınmayacaqlar.

“Azərbaycan Hava Yolları” şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir ki, müvafiq ölkələrdən gələn xarici vətəndaşların Azərbaycana daxil olmaları üçün aşağıdakı sənədləri təqdim etmələri kifayətdir:

• (yaşı 18-dən çox olan sərnişinlər) COVID pasportu (yaxid tam vaksinasiya sertifikatı və ya COVID-19-dan sağaldığını təsdiqləyən rəsmi sertifikat), həmçinin yola düşməmişdən 72 saat əvvəl verilmiş COVID-19 testinin (PCR) neqativ nəticəsi ilə bağlı sertifikat. COVID pasportu və ya immunitet sertifikatı elektron yoxlanma xüsusiyyətinə malik olmalıdır. Bu sənədlər aeroportda qeydiyyat zamanı yoxlanılacaq;

• (yaşı 1-dən 18-dək olan sərnişinlər) yola düşməmişdən 72 saat əvvəl verilmiş COVID-19 testinin (PCR) neqativ nəticəsi ilə bağlı sertifikat;

• (yaşı 1-dən az olan sərnişinlər) onlar üçün COVID pasportu və PCR testinin nəticəsi tələb olunmur.

“ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq üçün Azərbaycanın rəsmi evisa.gov.az portalı və ya sadələşdirilmiş qaydada “Action-Visas” vasitəsilə müraciət etmək olar.

Azərbaycan üçün elektron viza turizm, biznes, humanitar və ya tibbi məqsədli səfərlər üçün maksimum 90 gün müddətinə keçərlidir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TourMag

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az