27.09.2021 05:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Şairlər şəhəri Şamaxı, Azərbaycan
 
24.09.2021
BRASÍLIA IN FOCO, Braziliya
 

  MÜSAHİBƏ| “Biz 44 gün ərzində yalnız irəli getdik!”
 
24.09.2021
Nasionalaya oborona, Rusiya
 

  Cənubi Qafqazın Parisi, Qarabağın incisi: Şuşa
 
22.09.2021
Daily Parliament Times, Pakistan
 

  FOTOREPORTAJ| Bakı müasir memarlığın mayakına necə çevrilib?
 
20.09.2021
BBC, Böyük Britaniya
 

  Ermənistan-Azərbaycan münaqişəsinin tarixi
 
19.09.2021
Expreso, Peru
 

 
 
Qarabağı bərpa etməyə hazırıq

 
 



Yeni Şafak, Türkiyə
13.09.2021


Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə şirkətlərinin ölkədən kənarda bir çox layihə həyata keçirdiyini vurğulayıb. “Qarabağın bərpasında da iştik etmək istərdik”, - deyə o, bildirib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə öz növbəsində, Türkiyə şirkətlərini Qarabağa investisiya qoymağa çağırıb.

Azərbaycan paytaxtı Bakıda “Qarabağın quruculuğu və inkişafı” mövzusunda forum keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) iqtisadiyyat nazirlərinin toplantısı çərçivəsində təşkil olunmuş, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türk Şurasının baş katibi Bağdad Amrayevin rəhbərliyi ilə keçirilmiş foruma Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan da dövlət rəsmiləri və iş adamları qatılıb.

Forumda Türkiyəni ticarət naziri Mehmet Muş təmsil edib.

Türkiyə şirkətləri sözünün sahibidir

Nazir Muş forumdakı çıxışında Türkiyənin öz təcrübəsini paylaşmaq arzusunda olduğunu söyləyib. Birtərəfli ticarət anlayışının onlar üçün yad olduğunu deyən Muş fikrini belə davam etdirib: “Ticarətin qarşılıqlı olması daha məqbuldur. Ondan hər iki tərəf yararlanırsa, bu, daha anlamlı olur. Bu ölkələrlə balanslı ticarət qurmaq istəyirik. Bildirmək istəyirəm ki, maddi və mənəvi baxımdan əlimizdən nə gəlirsə etməyə hazırıq, yanınızdayıq. Qarabağın bərpasında da iştirak etmək istərdik. Türkiyəli iş adamları, şirkətlərimiz işlərində peşəkardırlar. Türkiyə şirkətləri işi yarımçıq qoymaz. Onlar icrasını üzərlərinə götürdükləri işləri istənilən halda başa çatdırır, hətta vəd etdikləri vaxtdan da əvvəl bitirir və təhvil verirlər. Burada bütün sahələrdə təmsil oluna, ən uğyun şərtlərlə istənilən dəstəyi göstərə bilərik. Həmrəyliyimiz davamlıdır”.

15 milyard dolları aşarıq

Mehmet Muş Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və heyəti ilə məhsuldar toplantı keçirdiklərini bildirib. “Hədəfimiz qardaş ölkə olan Azərbaycanla ticarət dövriyyəsi həcmini 15 milyar dollar çatdırmaqdır. Amma əminəm ki, bu rəqəmi aşacağıq”, - deyə nazir Muş qeyd edib.

İnvestisiya çağırışı

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə Qarabağdakı haqlı savaşlarına dəstək vermiş Türk Şurası dövlətlərinə, xüsusilə Türkiyəyə təşəkkür edib. Türkiyənin bu dəstəyini heç zaman unutmayacaqlarını qeyd edən Cabbarov deyib: “İndi Qarabağda böyük iş, investisiya imkanları var. Məcburi köçkünlərin evlərinə qayıtmaları üçün ən yaxşı şəraitin yaradılması dövlətimiz üçün prioritetdir”.

Nazir qardaş ölkə şirkətlərini işğaldan azad edilmiş bölgələrdə aparılan bərpa işlərində yer almağa çağırıb.

Türk Şurasının baş katibi Bağdad Amrayev isə deyib: “Hamımızın ortaq hədəfimiz işğaldan azad olunmuş Qarabağın bərpasını mümkün qədər tez başa çatdırmaqdır. Bu işdə əlimizdən gələni etməyə hazırıq”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Şafak

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az