27.09.2021 05:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Şairlər şəhəri Şamaxı, Azərbaycan
 
24.09.2021
BRASÍLIA IN FOCO, Braziliya
 

  MÜSAHİBƏ| “Biz 44 gün ərzində yalnız irəli getdik!”
 
24.09.2021
Nasionalaya oborona, Rusiya
 

  Cənubi Qafqazın Parisi, Qarabağın incisi: Şuşa
 
22.09.2021
Daily Parliament Times, Pakistan
 

  FOTOREPORTAJ| Bakı müasir memarlığın mayakına necə çevrilib?
 
20.09.2021
BBC, Böyük Britaniya
 

  Ermənistan-Azərbaycan münaqişəsinin tarixi
 
19.09.2021
Expreso, Peru
 

 
 
Perunun Azərbaycandakı səfirliyi niyə bağlanıb?

 
 



GÜİK, Peru
13.09.2021


Müəllif: Rikardo Sançez Serra

Azərbaycandan, onun narahat bölgəsi olan Qarabağdan təzəlikcə qayıtmışam. Azərbaycan çox gözəl ölkədir. Peru bu ölkədə öz səfirliyini 2017-ci ildə açıb. Amma təəssüf ki, oraya göndərilmiş diplomatımızın səriştəsizliyi, Peru Xarici İşlər Nazirliyinə verdiyi neqativ məlumatlar üzündən nümayəndəliyimiz “müddətli” olaraq qapadılıb.

Azərbaycan neft-qaz ölkəsidir. O, Qafqazda və türk dünyasında böyük nüfuza sahibdir. Bundan başqa, Bakı böyük həvəslə Qoşulmama Hərəkatına sədrlik edir. Peru səfirliyi ilə bağlı yaşananlar bilavasitə Azərbaycana göndərilmiş diplomatımızın, həmçinin onun davranışlarına cavabdeh olanların yanlış təhlillərinin nəticəsidir.

Sevindiricidir ki, Perunun yeni hökuməti bu anlaşılmazlığı aradan qaldırmağa çalışır, bu məqsədlə dəyərli geosiyasi təhlillər aparır.

Bu yerdə Peru Xarici İşlər Nazirliyinin Bakıda səfirliyin açılması zamanı yaydığı açıqlamanı xatırlatmaq yerinə düşər: “Azərbaycana maraq onun geostrateji mövqeyindən və karbohidrogenlərlə (neft və qaz) zənginliyindən, bütövlükdə statusundan irəli gəlir. Bu ölkə beynəlxalq enerji tranzitinin açarıdır. Bu amillər Azərbaycana siyasi sabitlik və iqtisadi artımla yanaşı, beynəlxalq nüfuz qazandırıb”.

Biz mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbycan Milli Məclisinin deputatı Sahib Əliyev tezliklə perulu həmkarı ilə görüşəcək, səfirlik məsələsini, həmçinin texnologiya sahədə əməkdaşlıq, sərmayə qoyuluşu kimi məsələləri müzakirə edəcək. Bundan başqa, Azərbaycan XİN-nin yüksək vəzifəli əməkdaşlarının Latın Amerikasına pandemiya səbəbindən təxirə salınmış səfərləri tezliklə bərpa olunacaq. Onlar bu beynəlxalq əməkdaşlıqda Perunun oynaya biləcəyi rolu anlayırlar.

Hər halda, yeni xarici işlər nazirimiz Oskar Maurtua de Romanyanın böyük təcrübəyə sahib peşəkar olduğunu bilirik. Əminik ki, bu problemlər tezliklə həllini tapacaq, Peru ilə Azərbaycan arasında yeni ümumi maraqlar ortaya çıxacaq.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GÜİK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az