17.10.2021 15:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu”
 
13.10.2021
La Repubblica, İtaliya
 

  MÜSAHİBƏ| Azərbaycan Koreya şirkətlərini azad edilmiş ərazilərə çağırır
 
13.10.2021
The Korea Times, Cənubi Koreya
 

  VİDEO| Lahıcdakı yüksək ixtisaslı sənət
 
12.10.2021
Euronews, Aİ
 

  Bakı Olimpiya Stadionu - Azərbaycanın incisi
 
12.10.2021
FUTDADOS, Braziliya
 

  İranın regional nüfuz oyunu və Cənubi Azərbaycan!
 
11.10.2021
HABERTÜRK, Türkiyə
 

 
 
FOTO| Bakı: 10 mindən çox xalçanın nümayiş olunduğu muzey

 
 



El Peruano, Peru
12.10.2021


Müəllif: Rikardo Sançez Serra

Azərbaycan paytaxtı Bakıda ölkənin ən böyük muzeylərindən olan Xalça Muzeyi var. Bu, qədim dövrlərdən məşhur xalçalar hazırlamaq ənənələrinə malik türk xalqlarının bu sənətinə hörmət əlamətidir.

Xəzər dənizi sahilindəki Bakı şəhəri özündə üç növ memarlıq nümunələrini birləşdirir: tarixi mərkəz və ya dünya iris nümunəsi olan İçərişəhər, Sovet tipli tikililər və müasir binalar.

Dünyanın ilk xalça muzeyi 1967-ci ildə məhz İçərişəhərdə inşa olunub. 2014-cü ildə o, avstriyalı memar Franz Janz tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun himayəsi ilə tikilmiş, bükülmüş xalça formasında olan yeni binaya köçürülüb. Bu gün həmin muzeydə 10 mindən çox Azərbaycan xalçası nümayiş olunur.

Hər zaman belə hesab olunub ki, dünyanın original, ən məşhur xalçaları fars xalçalarıdır. Əslində isə onların mənşəyi illərlə fars və rus imperiyalarının hakim olduğu türk xalqlarına aiddir.

Ən qədim

Xalça Muzeyinin əməkdaşı deyir ki, bu gün dünyanın ən qədim xalçası Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır. Onun 5 min yaşı var. Həmin xalça Altay dağları (Rusiya) regionunda toxunub.

Hesab edilir ki, dünyanın ilk xalça ustaları qoyunçuluqla məşğul olaraq yun saplar hazırlayan köçəri türk xalqları imiş.

Xalçaların verdiyi mesajlar

Azərbaycan hökuməti illər uzunu saysız-hesabsız yerli xalçanın hədiyə edilməsi üzündən dünyaya səpələnmiş mədəni irsini bərpa etməyə çalışıb. Bu məqsədlə o, həmin xalçaların hərraca çıxarılmasının qarşısını almağa da çalışıb. Bununla yanaşı, bəzi kolleksiyaçıların özləri xalçaları sahibinə qaytarıb.

Muzeydə Şuşa Tarix Muzeyindən ermənilərin 1992-ci ildəki hücumundan bir müddət əvvəl çıxarılmış xalçalar da saxlanılır. Həmin vaxt Şuşadan köçmək məcburiyyətində qalmış bəzi sakinlər də öz növbələrində, qədim xalçaları özləri ilə götürərək, sonradan ölkənin mədəniyyət orqanlarına təhvil veriblər.

Mütəxəssis bizə xalçaçılıq tarixi, məktəbləri və toxuma prosesi haqda danışıb. “Xalçaların toxunması üçün lazım olan yunu verən quzuların yetişdirilməsi həm də əlverişli hava şəraitinə bağlıdır. Bizim əsas xalçaçılıq məktəblərimiz Qarabağda, Gəncə-Qazax, Quba-Şirvan bölgələri və Təbrizdədir (sonuncu hazırda İran ərazisidir və orada 35 milyon azərbaycanlı yaşayır).

Xalça toxumaq qadınların ilkin əl işlərindən olub. Bəziləri 5 yaşlı övladları üçün belə, üzərində oyuncaq rəsmləri olan xalçalar hazırlayır. Sonradan onlar bunu nişanlıları, övladları üçün edir, sonda isə xalçadan dünyasını dəyişmiş insanın cansız bədənini bükmək üçün də istifadə olunur.

Qarabağ məktəbi

Məlimatlı şəxslər ölçü və ornamentlərinə görə, xalçanın hansı məktəbə aid olduğunu anlayır. Məsələn, ən iri xaçalar Qarabağ məktəbinə aiddir. Çünki Qarabağda evlər hər zaman geniş olub və əsasən “s” formasında tikilib. Bu xalçalarda sanki ağ və qara rənglər növbələşir. Bu, xeyirlə şərin rəzmi sayılır. Eyni zamanda, bu naxışların nəzərdən qoruduğu inancı da var.

Xalçalardan hazırlanan xurcunlardan həm bəzək əşyası, həmdə at ilə yük daşınması üçün istifadə olunur. Bundan başqa, atları yayda istidən, qışda isə soyuqdan qorumaq üçün onların üzərinə xalça atılır. İnanca görə, xalça atı həm də pis nəzərdən qoruyur.

Dizayn

Xalçanın hansı məktəbə aid olduğunu təyin etməyə imkan verən əlamətlərdən biri də onun üzərindəki rənglərdir. Yeri gəlmişkən, bu rənglər heç də kimyəvi maddə deyil – onları xüsusi bitkilərdən alırlar. Demək, rəngin alındığı bitkinin daha çox hansı bölgəyə aid olduğunu bilənlər xalçanın vətənini bu yolla da müəyyənləşdirə bilir.

Azərbaycan xalçaları üzərində tez-tez dəvə rəsmini görmək mümkündür. Bu, bolluq rəmzi imiş. Tarixən İpək Yolunun üzərində yerləşmiş Azərbayacanda üzərində dəvə rəsmi olan xalçaları divardan asan insanlar bunun bolluq, firavanlıq gətirəcəyinə inanıblar.

Burada üzərində əbədi həyatı və gözəlliyi simvolizə edən “həyat ağacı” və ya quşların əks olunduğu xalçalara da rast gəlinir.

Daha bir xalça məktəbi Quba bölgəsidir. Burada toxunmuş xalçaların üzərində əsasən üzüm plantasiyaları əks olunur. Bunu Şirvan bölgəsinin müqəddəs meyvəsi sayılan nar haqda da demək olar. Bakı xalçaları isə bu mənada, zəfəranla fərqlənir.

Üzərində iri buynuzlu keçi əksi olan xalçalar da var – bu da müvafiq bölgənin və ona aid məktəbin əlamətidir.

Dünyanın müxtəlif muzeylərində fərqli xalçalar görə bilərsiniz. Onların ornamentləri, üzərindəki fiqurlar xalçanın mənşəyini təyin etmənizə imkan verəcək. Azərbaycan xalçaları daha geometrikdirdə, fars xalçaları dalğavari və qeyri-simmetrikdir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: El Peruano

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az